Şair və jurnalist Şəhriyar De Gerani AzTV- də müəllif verilişində çəkilişə dəvət olunub...
Lakin o qonorar tələb etdiyindən problem yaşanıb. Şəhriyar bəy bununla bağlı sosial platformasında status paylaşıb. Tezadlar.az təqdim edir: "AzTv-dən zəng etmişdilər, verilişə dəvət edirdilər, honorar tələb etdim, incidilər. Başa düşmürəm, dövlət büdcəsindən milyonlarla vəsait ayrılan bir televiziya kanalı üçün 500 manat honorar nədir axı? Düzü, heç nə. Heç kəsin xətrinə dəyməsin, təkcə “azteve”yə aid deyildir, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən heç bir kanal, qəzet, jurnal, sayt məni müsahibəyə honorarsız dəvət etməsin. Müftə ziyalılıq xidməti bura qədər. Şəxsən mənim bir şair, yazıçı olaraq buna ehtiyacım yoxdur. Əgər doğrudan da məni öz profilinizdə görmək istəyirsinizsə, honorar ödəməyi gözə alın. Özünə, imzasına hörmət edən bütün qələm dostlarımı da bu tendensiyaya qoşulmağa dəvət edirəm. Qoşulanlar buyursunlar bu həştəqə...".
A.Məmmədli