AZ

Kapitoliyə hücumun iştirakçısı Rusiyayaya getmək istəyərkən saxlanılıb

Texas sakini Kevin Daniel Loftus Rusiya Silahlı Qüvvələrinin tərəfində Ukraynada hərbi əməliyyatlarda iştirak etmək üçün ABŞ-ı tərk etməyə cəhd edib. Bu barədə The Vall Street Journal məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

56 yaşlı Loftus 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumda iştirak edib və buna görə 2022-ci ilin martında 3 il şərti cəzaya məhkum edilib. Qəzet yazır ki, buna baxmayaraq, o, bu ilin oktyabrın 28-də Türkiyəyə, oradan da Gürcüstana getməyə cəhd edib. Məqsədi Gürcüstandan Rusiyaya getmək və rusların tərəfində Ukraynaya qarşı döyüşlərdə iştirak etmək olub. Ancaq bunu ona imkan verməyiblər. Loftusa xatırladıblar ki, Texas ştatının Dallas şəhərini xüsusi icazə olmadan tərk edə bilməz. Loftusun ona Rusiya Silahlı Qüvvələrində işə düzəltməli olduğu iddia edilən “Qrişa adlı Rusiya sakini” ilə əlaqə saxladığı iddia edilir.

Oxuməni.az

Seçilən
26
oxumeni.az

1Mənbələr