PKK/KCK və PYD/YPG terror təşkilatlarına qarşı 30 vilayətdə keçirilən "Gürz-28" əməliyyatları nəticəsində 147 şübhəli saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul, Antalya və Diyarbakır da daxil olmaqla 30 vilayətin Respublika Baş Prokurorluqları və Terrorla Mübarizə İdarəsinin koordinasiyasında, vilayət jandarma komandanlıqları tərəfindən şübhəli terror təşkilatı üzvlərinə qarşı "Gürz-28" əməliyyatlarının keçirilib.
“Saxlanılan şübhəli terror təşkilatı üzvləri terror təşkilatı daxilində fəaliyyət göstərmək, terror təşkilatının gənclik quruluşunda iştirak etmək, terror təşkilatına maliyyə dəstəyi vermək və sosial media hesabları vasitəsilə terror təşkilatının təbliğatını aparmaq kimi cinayətlərdən prokurorluqlar tərəfindən istintaqa cəlb ediliblər”, - açıqlamada qeyd edilib.
Qeyd edilib ki, əməliyyatlar nəticəsində qanunsuz tapançalar və ov tüfəngləri, narkotik maddələr, təşkilata aid sənədlər və rəqəmsal materiallar ələ keçirilib.