AZ

Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib

Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze və hakim "Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili  məruz qalıb. Bu barədə  Gazeta.ru "Strana" nəşrinə istinadən  məlumat yayıb.

"Bu, hazırda Gürcüstanı Putinə təslim edən hakimiyyətin bir hissəsinə qarşı tətbiq olunan sanksiyalardır,” -  Ukrayna prezidenti vurğulayıb.

Zelenski, həmçinin, Avropa və ABŞ-ı Gürcüstan hakimiyyətinə qarşı "prinsipial” mövqe tutmağa çağırıb.

Nəşrin məlumatına görə, Kiyevin sanksiya siyahısına Tbilisinin meri Kaxa Kaladze və Gürcüstan hakimiyyətinin digər nümayəndələri də daxil edilib.

Dekabrın 4-də Zelenski Gürcüstan hakimiyyətinin hərəkətlərini pisləyib və Tbilisiyə qarşı sanksiyalar hazırlamağa söz verib.

Noyabrın 28-də  Tbilisi və digər Gürcüstan şəhərlərində ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırılacağına dair bəyanatından sonra etirazlar baş qaldırıb.

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, bu qərar Avropa siyasətçilərinin, onun ifadəsiylə desək, "qrant və kreditlərdən şantaj vasitəsi kimi istifadə etmələri ilə bağlı qəbuledilməz hərəkətlərindən qaynaqlanıb".

Bundan əvvəl Ukraynada Gürcüstan prezidentini istefa verməkdən imtina etdiyi üçün Zelenski ilə müqayisə etmişdilər.
 
Gülnar Nazimqızı



www.anews.az
Seçilən
14
50
anews.az

10Mənbələr