AZ

Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) və hüquq müdafiəçilərinin vəziyyəti üzrə baş məruzəçi Emanuelis Zingeris (Litva) Rüfət Səfərovun həbsinə reaksiya veriblər. Onların birgə bəyanatında deyilir:

"Rüfət Səfərovun "dələduzluq" və "xuliqanlıq" şübhəsilə dünənki həbsi bu ölkədə hüquq müdafiəçilərinə və fəallara qarşı artan təqibin növbəti nümunəsidir. Bu narahatedici hadisə tənqidi səsləri boğmaq və əsas azadlıqları və demokratik dəyərləri müdafiə edənləri təqib etmək tendensiyasının bir hissəsidir.

Cənab Səfərov keçmiş müstəntiq, daha əvvəl hökuməti tənqid etdiyinə görə repressiyaya məruz qalmış tanınmış müdafiəçisidir.

Elə ötən həftə Parlament Assambleyası -Daimi Komitənin iclası - "Azərbaycanda repressiyaların artması: siyasi məhbusların vəziyyəti, demokratik azadlıqlara və parlament hüquqlarına təhdidlər" mövzusunda cari məsələlər üzrə debat keçirib. Biz cənab Səfərovun adının Azərbaycanda siyasi məhbusların onsuz da uzun siyahısına əlavə edilməsindən narahatıq.

Biz Azərbaycan hakimiyyətini cənab Səfərovu dərhal azad etməyə çağırırıq və Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Lisa Kristoffersenin (Norveç) digər siyasi məhbusların barəsində uydurma ittihamları ləğv etmək çağırışını təkrar edirik. Biz beynəlxalq birliyi bu səylərə qoşulmağa və Azərbaycanda siyasi məhbusların azad olunmasını təmin etmək üçün diplomatik təzyiq göstərməyə çağırırıq".

Seçilən
31
turan.az

1Mənbələr