AZ

Mamuka Mdinaradze: “Milli Hərəkat”ın televiziyaları öz vətənlərinin düşmənləridir”

Yazını böyüt
Yazını kiçilt

“Həqiqi olub-olmadığını və nə dərəcədə dəqiq olduğunu hələ bilmirəm, lakin “Milli Hərəkat”ın televiziyaları xüsusitəyinatlıların siyahısını ictimaiyyətə açıqlayıb. Deyirlər ki, belə siyahıları ruslara verirlər”.

Hafta.az-ın yazdığına görə, bu haqda “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze sosial şəbəkədə yazıb.

O bildirib ki, “Milli Hərəkat”ın televiziyaları öz vətənlərinin ən qorxulu düşmənləridir.

“Halbuki nə qədər saxtakarlıq ediblər, deyirlər ki, belə siyahıları ruslara verirlər. Əslində, özləri ictimai şəkildə açıqlayıblar! Onların Qırmızı Körpüyə qaçan sahibləri heç olmasa, avqust müharibəsində hansı xüsusi təyinatlının döyüşdüyünü yazsaydı, onların kimliyinin müəyyən edilməsini daha da asanlaşdırardılar”, - Mamuka Mdinaradze yazır.

Seçilən
25
hafta.az

1Mənbələr