AZ

Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 9 milyard dolları keçib

Bakı. Trend:

2024-cü ilin oktyabr ayında Türkiyənin Avropa Birliyi ölkələrinəixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 12,2 faiz artaraq 9milyard 818 milyon 677 min dollar olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

Məlumata əsasən bu ilin yanvar – oktyabr ayında, TürkiyəninAvropa Birliyi ölkələrinə ixracatı, keçən ilin analoji dövri iləmüqayisədə 3,9 faiz artaraq, 90 milyard 61 milyon 132 min dollarolub.

“Bu ilin oktyabr ayında Türkiyənin Avropa Birliyi ölkələrindənidxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 9milyard 492 milyon 233 min dollar təşkil edib” – deyə nazirlikdənbildiriblər.

Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – oktyabraylarında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı keçən ilinanaloji dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 90 milyard 837milyon 529 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyənin xarici ticarətdövriyyəsi 52 milyard 909 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin oktyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faizazalaraq 23 milyard 500 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq29 milyard 409 min dollar olub.

“Bu ilin yanvar – oktyabr ayında Türkiyənin xarici ticarətdövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 498 milyard 685milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 faizartaraq 216 milyard 195 milyon dollara, idxalı isə 7,2 faizazalaraq 282 milyard 49 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü iləmüqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Seçilən
49
10
az.trend.az

10Mənbələr