AZ

“Ukraynanın müdafiə naziri qaçmağa hazırlaşır”- Ali Radanın deputatı

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov qaçmağa hazırlaşır.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski özünün Teleqram kanalında bildirib.

Dubinski hesab edir ki, Ukrayna hərbi idarəsindən Polşa şirkətinə mövcud olmayan silahlara görə 23 milyard qrivna avans ödənişi ilə bağlı qalmaqalda “daha dərin məna axtarmağa ehtiyac yoxdur”.

"Sadəcə, müdafiə naziri Umerov qaçmağa hazırlaşır və bunu pulsuz etməkdənsə, pulla etmək daha yaxşıdır", - deyə deputat bildirib.


Qeyd edək ki, Umerovun istefası ilə bağlı qərar layihəsi Radada qeydə alınıb.

Bizim.Media

Seçilən
8
1
bizim.media

2Mənbələr