AZ

İranda iki güclü zəlzələ oldu

ranın qərbində, İraqla sərhəd yaxınlığında 5,6 və 4.9 bal gücündə zəlzələ qeydə alınıb.

EDnews xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti Mərkəzi (USGS) məlumat yayıb. 

5,6 bal (Saat 08:02) və 4.9 bal (saat 08:02) qeydə alınan yeraltı təkanların episentri təxminən 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 kilometr şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı isə yerin 10 kilometr dərinliyində olub.

Hələ ki, insan tələfatı və dağıntılarla məlumat yoxdur.

Seçilən
14
2
ednews.net

3Mənbələr