AZ

Hitlerlə bağlı YENİ MÜƏMMA: şəxsi bayrağı bu ölkədə tapıldı

Polşanın Poznan şəhərindəki Milli Muzey öz kolleksiyasında nasist Almaniyasının diktatoru Adolf Hitlerin şəxsi ştandartını aşkar edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RAR agentliyi məlumat yayıb.

Artefakt sənət tarixçisi Aleksandra Paradovskaya tərəfindən müəyyən edilib. Ştandart eni və uzunu bir metr olan, qızıl saplarla tikilmiş yazı ilə bəzədilən kətan parçadan ibarətdir: mərkəzdə palıd yarpaqları ilə haşiyələnmiş svastika, künclərdə isə qartal təsvirləri var. Polşalı ekspertlər hesab edirlər ki, bu, Hitler üçün xüsusi olaraq hazırlanmış, indiyə kimi qorunub şaxlanmış yeganə ştandart ola bilər.

 

Muzeyin sözçüsü Pavel Oses qeyd edibki, tapıntının sonrakı tədqiqi planlaşdırılmır, amma maraqlanan şəxslər və ya təşkilatlar banneri görmək istəsələr, obyektə girişi təmin ediləcək.

Seçilən
29
6
nocomment.az

10Mənbələr