AZ

Polşa XİN Rusiyanın Poznandakı Konsulluğunun bağlanmasını şərh edib

Polşa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pavel Vronski Poznan şəhərindəki Rusiya Konsulluğunun bağlanmasını şərh edib.

APA-nın “TVP Info”ya istinadən xəbərinə görə, Pavel Vronski bunu ölkəsinin Sankt-Peterburq şəhərindəki diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırmasına cavab kimi dəyərləndirib.

Xatırladaq ki, bu vaxta qədər Rusiyanın baş konsulluqları Polşanın Krakov, Poznan və Qdansk şəhərlərində fəaliyyət göstərib. Dekabrın 5-də rəsmi Moskva Poşlaya Sankt-Peterburqdakı diplomatik nümayəndəliyin bağlandığı barədə nota yollayıb. Sənəddə bildirilib ki, Polşa Konsulluğu 2025-ci il, yanvarın 10-dək işini yekunlaşdırmalıdır. Hazırda Polşanın Rusiyada iki baş konsulluğu fəaliyyət göstərir. Bu ölkədə yaşayan polyakların sayı isə 47 min nəfərə yaxındır.

Seçilən
53
apa.az

1Mənbələr