AZ

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Maltada görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Maltada baş tutub.

Məlumata görə, nazirlər iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi-ticarət və enerji aspektləri və perspektivlərini müzakirə etmək üçün görüş keçirib.

Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və dəstəyə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən razı qaldıqlarını bildirib və iki ölkə arasında investisiyaların və ticarət dövriyyəsinin artırılmasının vacibliyini bir daha vurğulayıblar.

Azərbaycan Azərbaycan Azərbaycan
Seçilən
63
10
apa.az

10Mənbələr