AZ

Rusiya və Belarus arasında təhlükəsizlik zəmanəti sazişi imzalanacaq


Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Rusiya və Belarus arasında “İttifaq Dövləti” (Rusiya və Belarus İttifaqı) çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamaq təklifini qəbul edib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, rəsmi hüquqi informasiya portalında dərc olunan Rusiya Federasiyası Prezidentinin sərəncamında deyilir: “Biz sazişin ən yüksək səviyyədə imzalanmasını məqsədəuyğun hesab edirik”.
Bildirilir ki, ən yüksək səviyyədə, yəni prezidentlər səviyyəsində növbəti Rusiya-Belarus görüşü dekabrın 6-da Minskdə “İttifaq Dövləti”nin Ali Dövlət Şurası çərçivəsində keçiriləcək.
Sənəddə həmçinin qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinə bu müqavilənin imzalanması ilə bağlı danışıqlar zamanı öz layihəsinə dəyişikliklər etməyə icazə verilsin.
Seçilən
41
2
yeniavaz.com

3Mənbələr