AZ

AİB Kambaratinsk SES-1 tikintisinə 500 milyon dollar ayıracaq

Avrasiya İnkişaf Bankı (AİB) Kambaratinsk SES-1 layihəsinin maliyyələşdirilməsi üçün 500 milyon ABŞ dollarına qədər vəsait ayırmağı planlaşdırır. AİB İdarə Heyətinin sədri Nikolay Podquzov bildirib ki, layihə üzrə texniki dəstək Dünya Bankı ilə birgə həyata keçiriləcək.

Layihənin ümumi dəyərinin 3-4 milyard ABŞ dolları arasında olacağı proqnozlaşdırılır. Tikinti başa çatdıqda, stansiya Mərkəzi Asiyanın ən böyük hidroelektrik stansiyalarından biri olacaq. İlk hidroaqreqatın 2028-ci ildə istismara verilməsi gözlənilir.

Kambaratinsk SES-1, Narın çayı üzərində inşa edilərək Narın-Sırdarya hidroelektrik kaskadının ən yuxarı pilləsini təşkil edəcək.

Seçilən
65
fins.az

1Mənbələr