“Polşa, Almaniya, Rumıniya və Böyük Britaniya Ukraynanı zonalara böləcək”.
Turkustan.az xəbər verir ki, bunu jurnalist Alejandro Marko del Pont İspaniyanın “Rebelion” nəşri üçün yazdığı məqalədə vurğulayıb.
O bildirib ki, Ukraynanın gələcəyi ilə bağlı mübahisəyə Polşa, Almaniya, Rumıniya və Böyük Britaniya kimi Qərb dövlətləri cəlb olunub. Onların hər birinin öz maraqları var.
“Qara dəniz sahilləri Rumıniyanın təsiri altında qalacaq, ölkənin mərkəzi və şərqi Almaniyanın, şimal bölgələri, o cümlədən Kiyev Britaniyanın nəzarəti altına keçəcək. Ukrayna kənd təsərrüfatı ölkəsi kimi tanınsa da, onun əsl strateji dəyəri mineral və enerji zənginliyindədir”, – jurnalist NATO-ya aid hesabatlara istinadən yazıb.
Həmçinin iddia edilir ki, bu, II Dünya Müharibəsi zamanı Barbarossa əməliyyatı kimi keçmiş münaqişələrdə istifadə edilən ərazi bölgüsü strategiyasını xatırladır./globalinfo.az/