ABŞ-ın Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 kilometr cənub-qərbdə yerləşib.
ABŞ Milli Okean və Atmosfer İdarəsi zəlzələdən sonra ABŞ-ın qərb sahillərində sunami təhlükəsi elan edib. Xəbərdarlıq Şimali Kaliforniyaya, o cümlədən San-Fransisko şəhərinə, eləcə də qonşu Oreqon ştatının sahillərinə aiddir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
***
ABŞ-nin Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, ocağı isə 14 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.