Bakı. Trend:
Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinəzəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib.
Bu barədə Trend-in sorğusunacavab olaraq Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi RuzbehMəmməd məlumat verib.
Bildirilir ki, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfərdərmandan, 34 nəfər sirkə turşusundan, 14 nəfər dəm qazındanzəhərlənən şəxslərdir.
"Həmçinin 8 nəfər botulizm, 4 nəfər göbələkdən, 3 nəfər allergikreaksiya, 1 nəfər etanol, 1 nəfər siçan dərmanı (rodentisid), 1nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyəyerləşdirilib. Onların hər birinə zəruri tibbi yardım göstərilib,99 nəfər kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib", -məlumatda vurğulanıb.
Qeyd edilir ki, ölüm halları sirkə turşusu, botulizm və etanolzəhərlənmələrindən qeydə alınıb.