"Pantone" gələn il üçün əsas rəng çalarını açıqlayıb. Bu, "Mocha Mousse" rəngidir.
ƏOxu.Az xəbər verir ki, bu barədə "Pantone" Rəng İnstitutunun rəsmi saytında məlumat verilib.
"Mocha Mousse" rəngi yüngüllük hissi bəxş edir və şokoladlı qəhvəyi çalarları ilə şüşə qabda köpürmüş deserti xatırladır.
"Pantone Color Institute" "Pantone" şirkətinin tədqiqat mərkəzidir. Burada mütəxəssislər rəng və onun təsirləri ilə bağlı araşdırmalar aparırlar. İl ərzində rəng nümunələri təhlil olunur və incəsənət, kino, moda, eləcə də siyasi və iqtisadi hadisələrdən məlumatlar toplanır.
İnstitutun vitse-prezidenti Lori Pressman bildirib ki, ilin rənginin seçilməsinə qlobal diqqəti cəlb edən yeni materiallar, texnologiyalar və qarşıdan gələn idman tədbirləri də təsir göstərə bilər.
"İlin rəngi, həmin dövrdə qlobal mədəniyyətimizdə baş verənləri ən yaxşı şəkildə əks etdirən mesajı verir" , - deyə Pressman əlavə edib.
Qeyd edək ki, 2024-cü ilin əsas rəngi "Peach Fuzz" seçilmişdi. Bu, günəşin doğuşunun və qürubun istiliyini, yumşaq yorğanın rahatlığını simvolizə edən zərif şaftalı çalarlarıdır. "Peach Fuzz" çətin zamanlarda qayğı, empatiya və şəfqət ehtiyacını ifadə edir.
Poliqon.info