AZ

35 saniyəyə 544 mənzil satıldı

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi - Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başa çatıb.

News24.az xəbər verir ki, bu saata olan məlumata görə seçilmiş 544 mənzilin 544-ü vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Ümumilikdə mənzillərin satış prosesi 35 saniyə çəkib.

Qeyd edək ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Xatırladaq ki, mənzillərin seçimi "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında aparılıb./Milli.Az 

Seçilən
29
9
news24.az

10Mənbələr