AZ

Əmisinin cinayətini 2 ilə yaxın gizlətdi, həbs edildi

Ağcabədidə ötən il yaşlı qadının əri tərəfindən öldürülməsi hadisəsi ilə əlaqədar daha bir nəfər həbs edilib.

Hurriyyet.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Dəstəgül Mehdiyevanı öldürən 70 yaşlı əri Əliyar Mehdiyevin qardaşı oğlu 1995-ci il təvəllüdlü Tural Mehdiyev də cinayət məsuliyyətinə cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 307.3-cü (Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, T.Mehdiyev əmisigillə qonşuluqda yaşayıb və hadisə barədə ilk xəbər tutan şəxslərdən olub. O, hadisədən dərhal sonra əmisinin evinə gedib, Dəstəgül Mehdiyevanın qan içində qalmış meyitini görüb. Həmin vaxt Əliyar Mehdiyev artıq mənzili tərk edibmiş. Tural bu zaman cinayət aləti olan baltanı, evdəki qanlı xalçanı götürərək gizlədib və xəstəxanada əmisi arvadının yıxılaraq öldüyünü bildirib.

Hadisə 2023-cü ilin yanvarında qeydə alınıb, növbəti gün qətl faktı üzə çıxıb. Sonradan Ə.Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tural Mehdiyev isə dünən həbs edilib. Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə ona 2 il həbs cəzası verilib və məhkəmə zalındaca tutularaq təcridxanaya göndərilib."Qafqazinfo"

Seçilən
15
27
hurriyyet.az

10Mənbələr