AZ

Türkiyəli basketbolçu: “Lənkəran Malatyaya bəzəyir” - MÜSAHİBƏ

“Lənkəran”ın türkiyəli basketbolçusu Efe Baykalın klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, 19 yaşlı oyunçu ABL-də geridə qalan turlardan, qarşıdakı hədəflərdən və Azərbaycan haqqında danışıb.

- “Ordu”ya 55:92 hesabı ilə uduzduğunuz matçda digər görüşlərə nisbətən daha çox şans qazandın və komandanın ən məhsuldar basketbolçularından oldun. Çıxışını necə dəyərləndirirsən?
- Son oyunlarda baş məşqçinin istəyi ilə daha çox parket üzərində oluram və bu, imkandan yaxşı istifadə etdiyimi düşünürəm. Təbii ki, inkişaf etdirməli tərəflərim var və hər gün bunların üzərində çalışıram. Məqsədim oyunumu artıraraq yoluma davam etməkdir.

- Beşinci turda rəqib “Şəki” olacaq. Bu oyundan gözləntin nədir?
- Tək düşüncəmiz qalib gəlməkdir. Çox yaxşı hazırlaşırıq. İtkilərimiz olsa da, rəqibi yaxşı analiz edib, onun üzərində hazırlaşmışıq. İnşallah, qalib gələcəyik.

- Azərbaycandan əvvəl Türkiyədə “Trabzonspor”, “Samsunspor” və “Emlak Konut”un formasını geymisən. Liqalar arasında müqayisə aparsaq, hansı oxşar və fərqli tərəflər var?
- Azərbaycan Basketbol Liqasının daha sürətli inkişaf etdiyini düşünürəm. Çoxlu sayda legionerin liqada oynaması bunun isbatıdır.

- Komandaya ən son qatılanlardansan. Lənkərana adaptasiya olduğunu demək olar?
- Kollektivə son qatılmağım bir əngəl deyil. Burda çox yaxşı bir komanda var, ailə kimiyik. Hər kəs bir-birinə kömək etdiyi üçün heç bir çətinlik çəkmədim. Bunun üçün komanda yoldaşlarıma və məşqçilərimə minnətdaram.

- Azərbaycanda ən çox nələri sevirsən? Ölkələr arasında hansı bənzərlikləri bəyənirsən?
- Ən sevdiyim xüsusiyyət insanların çox səmimi və hər zaman kömək etməyə hazır olmalarıdır. Bu mənada Türkiyə ilə çox bənzərlik var. İki ölkənin yeməkləri də çox oxşardır.

- Lənkəranı Türkiyənin hansı şəhərinə bənzədirsən?
- Lənkəran doğma şəhərim olan Malatyaya bəzəyir.

İdman.biz

Seçilən
31
1
idman.biz

5Mənbələr