Türkiyənin dövlət TV yayım şirkəti olan TRT-nin efirində dünən belə bir xəbər paylaşılıb: “Tezliklə Hələb, Dəməşq, Dəraa və Homsu öz ilk sahiblərinə qaytarıb Zəngəzur dəhlizinə çıxacağıq”.
Bu barədə hərbi ekspert Aqil Rüstəmzadə öz Facebook profilində yazıb. Maraqlıdır ki, TRT-nin bu paylaşımı erməni teleqram kanallarını vahiməyə salıb. Onlar Paşinyanı bu səbəbdən KTMT-dən çıxmağa çalışmaqda ittiham ediblər.
Ülviyyə, Hurriyyet.az