Suriya Silahlı Qüvvələri müxalif qrupların Latakiya əyalətinə hücumunun qarşısını alıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Al Watan” məlumat yayıb.
Nəşrin iddiasına görə, hücumu müxalif“Türküstan İslam Partiyası” qruplaşması və onunla əməkdaşlıq edən qruplar planlaşdırıb.
Qeyd edək ki, Rusiyanın Suriyadakı hərbi bazaları Latakiya şəhərində yerləşir.
Müəllif: Qənirə Süleymanova