Ermənistanın KTMT-yə 2024-cü il üçün üzvlük haqqı borcu var.
Herbiand.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA Novosti-yə bildirib.
Pankin qeyd edib ki, Ermənistan iki iş üzvlük haqqı ödəməyə bilər. Bu müddət 2025-ci ildə sona çatacaq.
“Ermənistan bu borcu iki il ərzində ödəməyə bilər. İki il başa çatdıqdan sonra bununla bağlı müvafiq qərarlar veriləcək”.
Onun sözlərinə görə, Ermənistanın borcu fövqəltəbii bir şey deyil.
“KTMT-nin istənilən üzvü borc toplaya bilər. Elə hallar olub ki, başqa ölkələr borcu olub”.