AZ

Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edib

Bakı. Trend:

3-4 dekabr tarixlərində Mastercard, Bakıda keçirilmiş VIIIBeynəlxalq Bankçılıq Forumunun (IBF) qlobal sponsoru olaraq iştirakedib. Forumda bankçılıq və maliyyə sektorunun aparıcımütəxəssisləri təhlükəsiz və dayanıqlı bankçılıqda ən son trendlərimüzakirə ediblər.

Forumun əsas məqamlarından biri Mastercard-ın AzərbaycandakıÖlkə Meneceri Emil Zeynalovun moderatorluğu iləbaş tutmuş "Bankçılıqda Yeni Trendlər və Yeni Nəsil SadiqlikProqramları" mövzusunda keçirilən panel müzakirəsi olub. EmilZeynalovla yanaşı, paneldə Mastercard-ın Rəqəmsal Bankçılıq üzrəBirinci Vitse-Prezidenti Eren Özkan, Mastercard-ınMüştəri Məlumatları üzrə Direktoru Gözde Şahin,Azərbaycan Hava Yollarının Sadiqlik Proqramları üzrə RəhbəriAraz Əliyev və Kapital Bankın EkosistemTərəfdaşlığı Şəbəkəsi Departamentinin Rəhbəri MahmudMahmudov iştirak ediblər. Müzakirələr müştəridavranışlarının təhlilinin əhəmiyyəti, müştəri sadiqliyində yarananyeni trendlər və bankçılıqda sadiqlik proqramlarının gələcəyimövzularına fokuslanıb.

Emil Zeynalov qeyd edib: "Müasir bazardaöndə olmaq üçün banklar müştəri davranışlarını daim təhlil etməlivə strategiyalarını uyğunlaşdırmalıdır. Sadiqlik proqramlarınıngələcəyi müştərilərlə daha fərdiləşdirilmiş əlaqələr qurmağaəsaslanır."

Eren Özkan isə bildirib: "Məlumatbankçılıqda yeni valyutadır. Müştəri davranışlarını təhlil edərəkdaha effektiv sadiqlik proqramları yarada bilərik."

Gözdə Şahin əlavə edib: "Mastercard müştəridavranışlarını təhlil edərək fərdiləşdirilmiş proqramlar hazırlayırvə süni intellekt, blokçeyn kimi texnologiyalarla etibarlılığıartırır."

Forumun qlobal sponsoru kimi Mastercard bank sektorundainnovasiyaların inkişafı və yeni nəsil bankçılıq həlləri üzrəəməkdaşlıq müzakirələrinin təşviqi naminə öhdəliyini bir dahavurğulayıb.

Forum, həmçinin, sənaye liderləri, tənzimləyicilər, fintekşirkətləri və beynəlxalq maliyyə institutları arasında fikirmübadiləsi üçün platforma rolunu oynayıb.

Məqalədə:
Seçilən
11
6
az.trend.az

7Mənbələr