Bu gün dünya mediasının əsaas xəbərlərindıən biri bu olub: Monako Knyazlığında yeni yaşayış məhəlləsi inşa edilib. Dənizdə inşa edilmiş “Mareterra” adlı kompleks sayəsində ölkənin ərazisi 3% artıb.
Avtosfer.az xəbər verir ki, yaşayış kompleksi 120 mənzil və 10 villadan ibarətdir. Mənzillərin minimal sahəsi 400 kvadrat metr, 1 kvadrat metrin qiyməti 120 min avrodur. Tikililər 50 metr hündürlüyü olan beton blokların üzərində, müasir ekoloji normalara uyğun inşa edilib.
Monako Knyazlığı dünyada Vatikandan sonra 2-ci ən kiçik dövlətdir. 2,08 kvadrat kilometr ərazisi olan şəhər-dövləti şimaldan cənuba piyada 45 dəqiqəyə gəzmək mümkündür.
Bura qədəri öz yerində. Lakin ilk olaraq adamın ağlına gələn budur ki, belə zəngin və kiçik ölkədə ictimai nəqliyyata ehtiyac yoxdur. Lakin, söhbət hansısa Şərq ölkəsindən getmir. Knyazlıqda nə az, nə çox 7 müntəzəm avtobus xətti mövcuddur. Bu avtobusların çoxu xüsusi zolaqla hərəkət edir. Ölkəni Fransa ilə dəmir yolu xətti birləşdirir.
Maraqlı budur ki, cəmi 34 min nəfər əhalisi olan knyazlıqda nəqliyyat sıxlığı çox yüksəkdir. Xüsusi tədbirlər (Formula-1, yaxta yarışları, beynəlxalq yarışlar və s.) olduqda ölkəyə gündəlik daxil olan avtomobil sayı yüz mini ötür. Buna görə də, yerli bələdiyyə bəzi hallarda nəqliyyatı pulsuz edir. 2022-ci ilin payızında beynəlxalq tədbirlər zamanı ictimai nəqliyyat 3 ay pulsuz fəaliyyət göstərmişdi. Səbəb nəqliyyat sıxlığını azaltmaq idi.
Vüqar Yaşaroğlu