AZ

Hakim partiya da prezidentin əleyhinə çıxdı – Cənubi Koreyada impinçment proseduru başlayır

Cənubi Koreyanın hakim Xalq Gücü partiyasının lideri Han Donq-hun müxalifətin analoji çağırışına qoşularaq ölkənin hazırkı prezidenti Yoon Seok-yeolun vəzifəsindən uzaqlaşdırılmasına çağırıb.

Koreya mətbuatının yazdığına görə, dekabrın 6-da partiya rəhbərliyinin növbədənkənar iclasında Xan bildirib ki, prezident vəzifəsində qalarsa, yenidən radikal tədbirlər görə bilər. Siyasətçi prezidentlə görüşdüyünü, lakin ondan fikrini dəyişəcək heç nə eşitmədiyini bildirib.

Müxalifətdə olan Demokrat Partiyası daha əvvəl parlamentə prezidentin impiçmenti haqqında qanun layihəsi təqdim etmişdi. Partiya sədri Lee Jae-myung, millət vəkilləri qarşısında çıxış edərək, prezidentin çevriliş etməyə cəhd etdiyini bildirib: “Konstitusiyaya zidd və qanunsuz hərəkətləri ilə insanların həyatını təhdid edən prezidentə ictimai işlərdə bir an belə etibar etmək olmaz”.

Yerli media yazır ki, prezidentin impiçmentinə parlament dekabrın 7-də axşam baxacaq. Layihə parlament tərəfindən qəbul olunarsa, Yoonun səlahiyyətləri və vəzifələri dərhal dayandırılacaq və onun vəzifələrini Baş nazir Han Deok-soo yerinə yetirəcək.

Bundan sonra dövlət başçısının vəzifədən kənarlaşdırılması ilə bağlı yekun qərarı Konstitusiya Məhkəməsi verəcək.

“AzPolitika.info”

Seçilən
39
azpolitika.info

1Mənbələr