AZ

Aydın Mirzəzadə: “Qərbi azərbaycanlıların öz yurdlarına geri qayıtması Ermənistan tərəfindən tanınmalıdır”

“Qərbi Azərbaycanlıların öz yurdlarından çıxarılması yaxın tarixdir. Bu məsələ Ermənistan fantastic təxəyyül ortaya qoya bilmir. Azərbaycanlılar öz yurdlarından zorla çıxarılıb. Onların geri qayıtması həmin insanların hüququdur”.

Bu sözləri Hit.az-a millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, azərbaycanlılar Qərbi Azərbaycana qayıtmaq istəyini dəfələrlə deyiblər. Bu məsələ Qərbi Azərbaycan İcması yaranandan sonra daha da aktuallaşdı. Bu istiqamətdə beynəlxalq təşkilatlara, xarici səfirliklərə müraciət olunur, görüşlər keçirilir: 

“Ermənistan hələ də Qərbi Azərbaycan məsələsini qəbul etmək istəmir. Bunun qəbul edilməsi həmin torpaqlara erməni əhalisinin sonradan gəlməsi deməkdir.  Dünən keçirilən beynəlxalq konfrans bir il əvvəl keçirilən konfransdan daha möhtəşəm oldu. 50-dan çox dövlətdən xarici qonaqlar gəldi,onlar ekspert və hüquqşunaslardır. Qərbi azərbaycanlıların öz yurdlarına geri qayıtması Ermənistan tərəfindən tanlnmalıdır".

Sevinc

Seçilən
25
50
hit.az

10Mənbələr