Azərbaycanda qeyri-adi intihar hadisəsi olub.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə saat 12 radələrində Sabirabad rayonu Nərimankənd kəndində baş verib.
Qəhrəmanlı Məmmədxan Şamo oğlu yaşadığı evin həyətində saxladığı özünə məxsus olan "VAZ-2106" markalı avtomobilin mühərrikini işə saldıqdan sonra, avtomobilin susdurucusuna (qluşitel) rezin borunu birləşdirib. Həmin borunu arxa qapının şüşəsindən içəri salıb özü də içəridə oturaraq, bütün qapı və pəncərələri bağlayıb. O, içəri dolan tüstü nəticəsində yaranan dəm qazından zəhərlənərək ölüb.