“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Premyer Liqasının 14-cü turunda “Bornmut”a səfər məğlubiyyətini (0:1) şərh edib.
Arena.az italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bircə onu deyə bilərəm ki, bu axşamdan çox məyusam və hər xüsusu düzəltməyə qərarlıyam. Bunu icra edənə qədər isə mübarizəmi davam etdirəcəyəm”, deyə Postekoqlu vurğulayıb.
Dekabrın 8-də “Tottenhem” Premyer Liqanın 15-ci turu çərçivəsində “Çelsi”ni qəbul edəcək.
14 turdan sonra 20 xal toplamış “mahmızlar” Premyer Liqanın yarış cədvəlində 10-cu pillədə qərarlaşıblar. “Bornmut” isə 21 xalla 9-cu sıradadır. Premyer Liqaya 35 xalla “Liverpul” başçılıq edir.