AZ

Naxçıvanda vergi daxilolmaları 28% artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 202,8 milyon manat təşkil edərək proqnozu 28% üstələyib.

Fins.az, Naxçıvan iqtisadiyyat nazirinin müavini Abbas İsmayılovun sözlərinə istinadən xəbər verir ki, daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34,9%, 2022-ci illə müqayisədə isə 74,4% artıb.

Sosial sığorta üzrə daxilolmalar 8,1%, işsizlikdən sığorta 11%, icbari tibbi sığorta isə 16,7% artım göstərib. Nağdsız əməliyyatların dövriyyəsi isə illik müqayisədə 71% artıb.

Əhali ilə nağd hesablaşmalar aparan obyektlər üzrə vergi daxilolmaları ötən ilə nisbətən 49,7% artaraq 9,1 milyon manata çatıb.

Seçilən
29
fins.az

1Mənbələr