1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 16 ünvanındakı ikimərtəbəli tikilidə məskunlaşan keçmiş məcburi köçkünlər ərazidə söküntü və tikinti işləri aparan Mənzil-Tikinti Kooperativindən (MTK) şikayətçidirlər.
Sakinlər bildirirlər ki, şirkət artıq söküntü işlərinə başlayıb, lakin burada məskunlaşmış məcburi köçkünlərin başqa evlərə köçürülməsi təmin edilməyib.
"MTK deyir ki, kirayəyə çıxın, sizə 500 manat ödəniş ediləcək. Biz də buna inanmırıq. Çünki belə vədləri çox görmüşük. Bir ayın kirayə pulunu verib, digərlərini ödəmirlər", - şikayətçi Ehtiram Hüseynov deyib.
"Kirayənin pulunu verəcəklərinə inanmıram. Buradan getmək fikrim də yoxdur. İstəyirəm ki, tikdikləri binadan bizə ev versinlər. Bizim kimi kasıblardan pul qazanmaq istəyirlər", - deyə başqa bir sakin narazılıq bildirib.
Daha ətraflı Baku TV-nin videomaterialda: