AZ

Qarabağ savaşı nəticəsində əldə edilən fürsət bölgənin inkişafı üçün bir şansdır- Fuat Oktay

Hər sahədə əməkdaşlığımız iki dost ölkənin deyil, iki qardaşın öz arasında əməkdaşlığı kimidir.

Bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.

Fuat Oktay bildirib ki, həm ikitərəfli səviyyədə, həm də Türk Dövlətləri Təşkilatı başda olmaqla bütün platformalarda dövlət başçılarımızın və millətimizin ortaya qoyduğu güclü iradə istiqamətində 21-ci əsrdə də tarix yazmağa davam edirik: “Şərq və Qərbi, Asiyanı və Avropanı bir-birinə bağlayan bir coğrafiyada yerləşən ölkələrimiz arasındakı iqtisadi və ticarət əlaqələri həm bölgənin, həm də qlobal iqtisadiyyatın sabitliyinə və rifahına töhfə verir”.

O qeyd edib ki, dünyanın bir çox bölgəsində qeyri-sabitliyin şahidi olmaqdayıq: “Suriyadakı son hadisələr, Rusiya-Ukrayna müharibəsi kimi yanımızda baş verən hadisələr əlaqələrimizin daha da gücləndirilməsini labüd edir. Azərbaycan-Ermənistan arasında sülh prosesinin ən qısa vaxtda yekunlaşmasına ümid edirik. Qarabağ savaşı nəticəsində əldə edilən bu fürsət bölgənin inkişafı üçün bir şansdır”.

Fuat Oktay Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu vurğulayıb: “Bizlər Laçını Ankaradan ayrı görmürük. Bəxtiyar Vahabzadənin də dediyi kimi, bizlər eyni ananın iki oğlu, eyni ağacın iki budağıyıq. Bayraqlarımız, vətənlərimiz, dövlətlərimiz, parlamerntlərimiz daim olsun”.

Seçilən
9
13
azpost.info

10Mənbələr