AZ

“Azərbaycanın parlamentarizm tarixi”

Azərbaycan xalqı zəngin dövlətçilik ənənələrinə sahibdir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması isə tariximizin ən mühüm - şanlı və qürurlu səhifələrindən birini təşkil edir. Olduqca mürəkkəb tarixi dönəmdə və şəraitdə yaranan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq, böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi. Hər şeydən əvvəl, Xalq Cümhuriyyəti mütərəqqi dövlətçilik ənənələri formalaşdırdı. Bu dövrdə müxtəlif sahələri əhatə edən və strateji əhəmiyyətə malik olan çox mühüm addımlar atıldı və tarixi qərarlar qəbul olundu.

1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin yaradılması bu baxımdan tarixi əhəmiyyətə malikdir. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda ardıcıl və məqsədyönlü addımların atılması təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatı üçün əlamətdar oldu. Bu dövrdə parlament qəbul etdiyi qanun və qərarlarla milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə tarixi töhfələr vermişdir.

Bu parlament, müxtəlif millətlərdən və siyasi qruplardan olan nümayəndələrin iştirak etdiyi, demokratik prinsiplərə əsaslanan bir orqan idi. Xalq Cümhuriyyətinin parlamenti, dövrün ən demokratik qanunverici orqanlarından biri kimi qəbul edilirdi. Parlamentin fəaliyyətində müxtəlif millətlərin və siyasi qrupların iştirakı, milli birliyin və həmrəyliyin möhkəmlənməsinə kömək etmişdi. Bu, Azərbaycanın çoxmillətli və müxtəlifliklərə açıq bir cəmiyyət kimi formalaşmasına töhfə vermişdi.

Həmin dövrdə Azərbaycan parlamenti dünyada parlamentarizm ənənələrinin zənginləşməsinə çox mühüm rol oynamışdır. Bu, Azərbaycan xalqı üçün olduqca şərəfli və qürurverici tarixdir.

Bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, tarixi nailiyyətlər qazanır və yeni zirvələr fəth edir. Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət kimi qəbul olunur. Azərbaycan parlamenti də milli maraqlara və ölkənin inkişafına xidmət edən səmərəli fəaliyyətini uğurla davam etdirir. Respublika parlamenti ötən müddət ərzində çox mühüm qanunlar qəbul edib və ölkəmizdə zəngin qanunvericilik bazasının formalaşmasına öz dəyərli, layiqli töhfələrini verib.

Ümumiyyətlə, Azərbaycanın parlamentarizm ənənələri və təcrübəsi ictimai-siyasi fikir tariximizə əhəmiyyətli töhfədir. Xüsusi məqam ondan ibarətdir ki, Azərbaycan parlamenti mövcud hədəflər və çağırışlara müvafiq olaraq milli maraqlara xidmət edən vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Xüsusilə, Milli Məclis Azərbaycanın milli maraqlarını beynəlxalq miqyasda qətiyyətlə qorunması istiqamətində uğurla fəaliyyət göstərir. Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır.

Biz çox qürurluyuq ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın millət vəkilləriyik. Məhz bu ilin sentyabr ayında Milli Məclisə keçirilənseçkilər ölkəmizin bütün ərazisini əhatə etməklə milli dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. VII çağırış Milli Məclisn ilk iclasında çıxış edən möhtərəm Prezidentimiz bizlərə dəyərlitövsiyələr verdi. Bu tövsiyələr fəaliyyətimizin ana xəttini təşkil edir. Şübhəsiz ki, Milli Məclis bundan sonra da vacib qanun və qərarlar qəbul edərək Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinə öz töhfəsini verəcəkdir.

Samir Vəliyev
Milli Məclisin deputatı


Müəllif: Teleqraf.com
Seçilən
17
3
teleqraf.com

4Mənbələr