Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının 2024 mövsümündə qələbəni vaxtından əvvəl təmin etdi. 27 yaşlı niderlandlı həftəsonu keçirilən Las-Veqas mərhələsində 5-ci yeri tutdu. Ancaq bu nəticə də onun əsas rəqibi – “Maklaren”in pilotu Lando Norrisin çempionluq şansının üzərindən xətt çəkməsi üçün kifayət etdi. Mövsümün sonuna isə hələ iki mərhələ qalır.
“Kral avtoyarışları”nda 17 yaşında debüt edən, bu il isə ardıcıl 4-cü dəfə dünya çempionu olan Ferstappen hisslərini belə anlatdı: “Uzun mövsüm oldu. Çempionata möhtəşəm başlasaq da, ardından bizim üçün çətin dönəm başladı. Ancaq komanda şəklində dözdük, maşını yaxşılaşdırmaq üzərində çalışdıq, nəticədə işi sona çatdırdıq. Bu komandadakı hər kəslə qürur duyuram. Burda – fəxri kürsüdə dördqat dünya çempionu kimi dayanacağımı heç vaxt təsəvvür etməzdim. İndi həm bir qədər yüngüllük, həm də qürur hissi keçirirəm”.
Ferstappen “Formula-1” tarixinə ardıcıl 4 və daha artıq titul qazanan 5-ci pilot kimi düşdü. Əvvəllər bunu Xuan Manuel Fanxio, Sebastyan Fettel, Lüis Hemilton (hər biri ardıcıl 4 çempionluq), həmçinin Mihael Şumaher (ardıcıl 5 çempionluq) bacarıb.
Təsnifat mərhələsi
1. Corc Rassell (B.Britaniya) 1.32,312
2. Karlos Sayns (İspaniya) 1.32,410
3. Pyer Qasli (Fransa) 1.32,664
4. Şarl Lekler (Monako) 1.32,783
5. Maks Ferstappen (Niderland) 1.32,797
6. Lando Norris (B.Britaniya) 1.33,008
7. Yuki Sunoda (Yaponiya) 1.33,029
8. Oskar Piastri (Avstraliya) 1.33,033
9. Niko Hülkenberq (Almaniya) 1.33,062
10. Lüis Hemilton (B.Britaniya) 1.48,106
11. Esteban Okon (Fransa) 1.33,221
12. Kevin Maqnussen (Danimarka) 1.33,297
13. Quanyuy Çjou (Çin) 1.33,566
14. Franko Kolapinto (Argentina) 1.33,749
15. Liam Louson (Yeni Zelandiya) 1.34,257
16. Serxio Peres (Meksika) 1.34,155
17. Fernando Alonso (İspaniya) 1.34,258
18. Aleksandr Albon (Tayland) 1.34,425
19. Valtteri Bottas (Finlandiya) 1.34,430
20. Lens Stroll (Kanada) 1.34,484
Həlledici mərhələ
309,958 km (6201 metrlik 50 dövrə)
1. Corc Rassell Mersedes 1:22.05,969
2. Lüis Hemilton Mersedes +7,313
3. Karlos Sayns Ferrari +11,906
4. Şarl Lekler Ferrari +14,283
5. Maks Ferstappen Red Bull +16,582
6. Lando Norris Maklaren +43,385
7. Oskar Piastri Maklaren +51,365
8. Niko Hülkenberq Haas +59,808
9. Yuki Sunoda RB +1.02,808
10. Serxio Peres Red Bull +1.03,114
11. Fernando Alonso Aston Martin +1.09,195
12. Kevin Maqnussen Haas +1.09,803
13. Quanyuy Çjou Zauber +1.14,085
14. Franko Kolapinto Uilyams +1.15,172
15. Lens Stroll Aston Martin +1.24,102
16. Liam Louson RB +1.31,005
17. Esteban Okon Alpin 1 dövrə
18. Valtteri Bottas Zauber 1 dövrə
Aleksandr Albon (Uilyams) və Pyer Qasli (Alpin) finişə çatmayıb.
Şəxsi birincilik
1. Maks Ferstappen 403 xal
2. Lando Norris 340
3. Şarl Lekler 319
4. Oskar Piastri 268
5. Karlos Sayns 259
6. Corc Rassell 217
7. Lüis Hemilton 208
8. Serxio Peres 152
9. Fernando Alonso 62
10. Niko Hülkenberq 35
11. Yuki Sunoda 30
12. Pyer Qasli 26
13. Lens Stroll 24
14. Esteban Okon 23
15. Kevin Maqnussen 14
16. Aleksandr Albon 12
17. Daniel Rikkyardo 12
18. Oliver Berman 7
19. Franko Kolapinto 5
20. Liam Louson 4
Mühəndislər kuboku
1. Maklaren 608 xal
2. Ferrari 584
2. Red Bull 555
4. Mersedes 425
5. Aston Martin 86
6. Haas 50
7. Alpin 49
8. RB 46
9. Uilyams 17
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta