AZ

Zahid Orucdan SENSASİON AÇIQLAMA: ”Onlar müharibə parlamentidir”

106 yaşlı Azərbaycan parlamenti xalqımızın bir əsrlik keşməkeşli tarixini, üç fərqli formasiyanın üstünlüklərini və ziddiyyətlərini özündə əks etdirir. 800 yaşlı İngiltərə parlamenti ilə müqayisədə Azərbaycan qanunvericilik orqanı gənc sayılır, lakin milli parlamentarizm institutumuzun həyata keçirdiyi fəaliyyət bütün dünya üçün örnəkləri, meyar idealları var.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin iclasında deyib.

Deputatın çıxışının tamamını təqdim edirik:

"1918-ci ildə dünya siyasi xəritəsinə şərqdə ilk Cümhuriyyət kimi daxil olan Demokratik Respublikanın çoxmillətli və çoxqütblü parlamenti23 ayda 5 hökumət dəyişikliyindən sonraİrəvan itkisi ilə tarixə qovuşdu. Ardınca vahid mərkəzi idarəçilik, hətta Stalin dövründəAzərbaycan Ali Soveti millətimizin hüquqi, siyasi və mədəni intibahını, qabaqcıl ziyalıların və çoxmilyonlu zəhmətkeş sinfin arzularını həyata keçirən xalq hakimiyyəti oldu.

Ötən əsrin 70-ci illərində böyük dövlət adamıHeydər Əliyevin Azərbaycana başçılığı ölkəmizifaktiki müstəqilliyə qovuşdurmaqla nəhəng quruculuq işlərinin hüquqi platformasına çevrildi.Ali Qanunverici orqanda qəbul edilən beş illik planlar, qalib keçici qırmızı bayraqlar və təltiflər millətimizin həyatını köklü şəkildə dəyişdirdi.

Ulu öndər yeganə tarixi şəxsiyyyətdir ki, tale ona iki formasiyanın qəhrəmanı, sovet və müstəqil ölkənin parlamentində Birinci şəxs kimi iştirakı nəsib edib. O həm Azərbaycan  Ali Sovetinin, daha sonra SSRİ Ali Sovetinin 3 çağırışüzvü, ardınca ucqar respublikada  Ali Məclisin sədri, nəhayət, müstəqil Azərbaycan parlamentinin üzvü, onun sədri kimi xalqımızınxilaskarlığına da məhz buradan-parlamentdən başlayıb.

Xaos və anarxiyanın hökm sürdyü bir ölkədə silahlı çevrilişlər, etnik separatizmin cilovlanması Ali Qanunvericilik orqanında gerçəklışdi.

Digər tərəfdən, ölkəmizə qarşı ərazi iddialarının, silahlı hücumların iki cəbhədə-SSRİ Ali Sovetində və Ermənistan parlamentində qanuniləşdirilməyə çalışıldığı bir bir dövrdə xalqımız demokratik dünyanın-bəşəriyyətə azadlıq haqda billər, qara tərlanlar bəxş edən qanunvercilik orqanlarının da əsil simasını gördü. 90-cı illərdən indiyədəkAzərbaycan əleyhinə sanksiyalar istəyən ABŞ Konqresinin üzvləri, Qarabağa müstəqillik tələb edən Avroparlament təmsilçiləri, Qələbəmizə görə deputatların mandatını tanımayan AŞPA göstərdi ki, corc vaşinqtonların, tomas cefersonların, mönteskyoların ədalət şüarları bayağı deklarasiyalardır.

Parlament ilk növbədə, qanunverici orqandır. Müasir suveren, demokratik-hüquqi dövlətin  3  sarsılmaz qolundan biridir.

Qanunlar hər bir dövlətin, deməli, bəşəriyyətin sabit və təhlükəsiz inkişafı, tərəqqisi  üçün  yaradılır.  Təəssüflər olsun ki,  qanunverici orqanlar indi özünü qlobal güc sayan dövlətlərdə ali icra hakimiyyətlərinin hüdudsuz müharibə ambisiyaları, xalqın həyati ehtiyaclarını bir kənara qoyaraq, külli miqdarda büdcə vəsaitələrinə başa  gələn hərbi-sənaye komplekslərinin inkişafı və silahın qida istehsalını üstələməsi, min kilometrlərlə uzaqlarda təhlükəsizlik adı altında ölkələrin ərazi bütövlüyünə müdaxilələrdə əsas alət roluna endiirlib. Əks halda tarixən daha çox təcrübəyə malik parlamentlər Vyetnam, Suriya, Liviya, Əfqanıstan və s. xlaqlara fəlakət gətirən, bəşəryyəti əsrlərlə geri atan qərarları niyə qəbul edirdilər. Bəlkə ona görə ki, bu qurumun vətəni sayılan İngiltərədə parlament krallara hərbi kampaniyalarını maliyyələşdirmək üçün zəruri olduğundan yaradılımışdı? Elə isə bu ənənəni dəyişməyin vaxtı çatmayıbmı? Misalları davam etdirəsk,  ABŞ Konqresi 1830-cu il mayın 28-də bir sıra köklü xalqları öz məskunlaşdığı ərazilərdən rezervasiyalara   köçürülməsi qanununu, 7 avqust 1964-cü ildə Vyetnama qarşı   açıq aqressiyası ilə bağlı  Tokin qətnaməsi”ni, 2002-ci ildə ABŞ Konqresi İraqda-22 milyonluq xalqa qarşı  müharibəyə başlamağa, İraqa hərbi zərbə endirməyə icazə verən qətnamə  qəbul edib.. 2004-2009-cu illərdə İraqda 109.032 nəfər, o cümlədən 66.081 mülki şəxs öldürülüb. Yoxsa, onlar “müharibə parlamentidir”?

Bu ənənələrin parlamentarizmə, bəşəriyyətə və sülhə vurduğu zərbə, onun nəhayət, aradan qalsdırılması ilə bağlı sağlam düşüncəli təşəbbüslər isə hələlik havada qalır.

Birlik, bərabərlik və qardaşlıq nidası ilə Bastiliyaya hücum edən və 200 ildə 5 respublika dəyişən Burbonlar sarayı 21-ci əsrdə müstəmləkəçiliyi və xalqlararası düşmənçiliyi müdafiə edir.

Monarxiyaları devirdikləri ilə öyünən avroparlamentlər müasir lobbiçiliyin, milyonlarla dollar ianəli seçki kampaniyalarının və siyasi korrupsiyanın simvoludur. Belə qanunvericilik hakimiyyətləri xalqa məxsus ola bilməz. İşğala dəstək verənlər sadə vətəndaşları təmsil etmirlər.

90-cı illərdə xaricdən demokratiya idxalınınnəticəsində ölkəmizin cənub, şimal və şərqində 3 separatçı parlament qurulmuşdu. Onlardan ən təhlükəlisi və uzunömürlüsü Dağlıq Qarabağın hibrid qanunvericilik orqanı idi.

Lakin Azərbaycan parlamenti işğalı aradan qaldırmağa çalışan millətimizin siyasi iradəsinin təmsilçisi oldu. Qürurlu hadisədir ki, prezident İlham Əliyevin siyasi olimpə yüksəlişi də Milli Məclisdən keçərək reallaşdı.

Son 30 ildə işğal əleyhinə qəbul edilən saysız qanunvericilik aktları, dövlətimizin iqtisadi müstəqilliyini təmin edən onlarla neft müqavilələrinin ratifikasiyası və nəhayət, güclü ordunun qurulması üçün yüzlərlə qərarlar Zəfər savaşına gedən yolları açdı.

Xalqımızın 30 illik bütövlük və suverenlik mübarizəsi əvvəlcə hüquqi, daha sonra Vətən müharibəsi ilə hərbi meydanda rəsmiləşdi. Biz haqlı olduğumuz üçün qalib gəldik.

2023-cü ilin 20 sentyabrında isə separatçı parlamentin ləgvi qanunçuluğun təntənəsi oldu. Bir ölkə-bir parlament əsil suverenlik hadisəsidir.

İndi Azərbaycan parlamenti qalib millətimizinsiyasi iradəsini təmsil edir və yeni qalibiyyət tarixi yazılır. Bizim hüquq sistemimiz natam aktlardan, yarımçıq qərarlardan  xilas olur. 33 il sonra elan olunan müstəqqilllik aktı deklarativ deyil, həqiqi azadlığımızı və suverenliyimizi təcəssüm etdirir. Qarşısında qalibiyyət bayrağı dalğalanan binanı Zəfər parlamenti adlandıra bilərsiniz. Prezidentin inaqurasiya mərasimləri göstərir ki, parlament ali dövlət binası və millətimizə şərəflə xidmətin yüksək and yeridir.

Yerləşdiyimiz regionda və keçmiş sovet məkanında parlamentlər uğrunda mübarizə ölkədaxili hadisə olmaqdan çıxıb, geosiyasi mənafelərin toqquşması meydanına çevrilib. Azərbaycan parlamenti müstəmləkəçiliyə, rəngli inqilablara və dövlət çevrilişlərinə qarşı mübarizənin ön cəbhəsidir, xalqımızın coğrafi və etnik-milli bütövlüyünün vahid platformasıdır.Burada 106 ildə heç bir ölkəyə qarşı işğal məqsədilə müharibə qərarı çıxarmayıb. Əksinə, Balkanlarda, Kosovoda, Əfqanıstanda sülhyaradıcı missiyalara səs verilib.

Biz dünyada siyasi tərəfdaşlarımızı hər gün artırırıq. Bu gün salona toplaşan yüzlərlə xarici parlamentarilər parlaq Qələbəmizi bölüşən, paylaşan həmfikirlər ordusudur.

Seçilən
26
5
demokrat.az

6Mənbələr