AZ

“Əgər birini aldada bilmisənsə, niyə özünü yox, onu uğursuz hesab edirsən?”-ƏGƏR VƏ NİYƏ?..

“Ehtiyacı olanlara kömək etmirsənsə, nə üçün Uca Yaradanın köməyinə ümid edirsən?..” 
 
“Əgər imanınız və mənəvi varlığınız yoxdursa, niyə özünüzü zəngin hesab edirsiniz?..”
 
Əgər siz inanclı bacı-qardaşlarınıza məhəbbət göstərmirsinizsə, nə üçün Uca Allahın sizi sevməsini gözləyirsiniz?.. 
 
Əgər dininə əhəmiyyət vermirsənsə, niyə dünyada uğur gözləyirsən?..
 
Əgər qohumlarınla əlaqəni kəsirsənsə, niyə Uca Allahla əlaqə saxlamağı düşünürsən?.. 
 
Ehtiyacı olanlara kömək etmirsənsə, nə üçün Uca Yaradanın köməyinə ümid edirsən?.. 
 
Əgər sən Məhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) yolu ilə getmirsənsə, niyə onunla və onun tərəfdarları ilə birlikdə Cənnətdə olmağı ümid edirsən?.. 
 
Əgər ümmətin vəziyyətinə biganəsənsə, niyə özünə qarşı diqqət və qayğıya ümid edirsən?.. 
 
Əgər siz bu dünyada insanların ümidlərini aldadırsınızsa, əmin ola bilərsinizmi ki, Uca 
Allah da Qiyamət günü sizin ümidlərinizi puça çıxarmayacaq?.. 
 
Əgər imanınız və mənəvi varlığınız yoxdursa, niyə özünüzü zəngin hesab edirsiniz?.. 
 
Qəlbində bacı-qardaş sevgisi yoxdursa, niyə iman üçün yer olduğunu düşünürsən?.. 
 
Gündə beş vaxt oruc tutmursan, namaz qılmırsansa, niyə özünü sağlam hesab edirsən?.. 
 
Əgər sabaha qədər yaşayıb-yaşamayacağını bilmirsənsə, niyə əbədi yaşayacaqsan kimi azuqə,  var-dövlət yığırsan?.. 
 
Əgər başqasını aldada bilmisənsə, niyə özünü yox, məhz onu uğursuz hesab edirsən?.. 
 
Əgər sənə qismət olan (mal, əmlak) mütləq sənə gələcəksə, nə üçün onu haram və dünya işləri üçün lazımsız səylər yoluyla axtarırsan?..
 
Asya Qaqiyeva, “İslam-today”nəşri.
 
Tərcümə etdi: 
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
629
42
moderator.az

10Mənbələr