AZ

Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTOLAR

6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramında lider mobil operator jurnalistlərin rəqəmsal savadlılığının artırılmasına yönəlmiş xüsusi təlim təşkil edib.

"Unikal" xəbər verir ki, beynəlxalq təlim şirkəti tərəfindən keçirilən kurs çərçivəsində media nümayəndələrinə ən yeni media tendensiyalar və qabaqcıl texnologiyalar barədə geniş məlumat təqdim edilib. 

Təlimi giriş nitqi ilə açan Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova müasir jurnalistikada rəqəmsal biliklərin əhəmiyyətini vurğulayıb. S.Abbasova bu təlimin mətbuat nümayəndələrinin peşəkar inkişafına mühüm töhfə verəcəyinə inandığını bildirib. 

Təlimin birinci hissəsini İstanbul İstinye Universitetinin departament rəhbəri, daha öncə isə Massaçusets Texnologiya İnstitutunda süni intellekt üzrə araşdırmaçı qismində fəaliyyət göstərmiş Şebnem Özdemir aparıb. Təlim süni zəkanın jurnalistikada istifadə imkanlarına həsr olunmuş müzakirələrlə davam edib. Türkiyənin Anadolu agentliyində media eksperti Büşra Begçecanlı bu sahədə olan geniş təcrübəsini təlim iştirakçıları ilə bölüşüb. 

Ekspertlər medianın gələcəyini formalaşdıran cari tendensiyalar və texnologiyalar, süni intellekt vasitəsilə məzmun yaradılması, saxta xəbərlər, media manipulyasiyası riskləri, rəqəmsal dövrdə etik standartların saxlanılması kimi mövzular haqqında iştirakçılara dolğun məlumatlar təqdim ediblər. 

Şirkət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/

Seçilən
42
28
unikal.az

10Mənbələr