AZ

Rumıniyada prezident seçkilərinin nəticələri ləğv edildi: Rusiyaya görə

Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib.

Publika.az xəbər verir ki, məhkəmənin verdiyi açıqlamada seçki prosesinin yenidən başlanmasının istəndiyi bildirilib.

Noyabrın 24-də keçirilən ilk turda partiyasız namizəd Kalin Corcesku 22,94 faiz, Rumıniyanın Xilası İttifaqının təmsilçisi Yelena Laskoni 19,18 faiz səslə önə çıxıb. İkinci tur isə dekabrın 8-də olmalı idi.

İddialara görə, Rusiyaya meyilli siyasətçi kimi tanınan Corceskunun seçki kampaniyası xaricdən qanunsuz maliyyələşib və bu amil ilk turun nəticəsinə təsir göstərib.

Seçilən
25
publika.az

1Mənbələr