AZ

"Ağ Ev Ukraynaya yanvarın ortalarında "bir yığın" həbi yardım vəd edib" - "The Guardian"

 
"Trampın müşavirləri Moskva və Kiyevi "kökə və qamçı" metodu ilə sülh danışıqlarına məcbur etmək niyyətindədir..."
 
Donald Trampın 2025-ci ilin yanvarında andiçmə mərasiminədək Ukrayna ABŞ-dan daha bir geniş hərbi yardım paketi əldə edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermakla görüşü zamanı bəyan edib. Məlumatı "The Guardian" nəşri yayıb.
 
Sallivan məlumat verib ki, Ağ Ev son anda Rusiyaya qarşı geniş sanksiyaları, habelə Ukraynaya "bir yığın" hərbi yardımı özündə ehtiva edən Ukraynaya dəstək strategiyasını işləyib hazırlayıb.
 
O cümlədən Yermakla bir saatdan artıq davam edən söhbət zamanı Sallivan yanvarın ortalarında Ukraynaya yüz minlərlə əlavə artilleriya mərmiləri, minlərlə raket və yüzlərlə vahid zirehli texnika vəd edib.
 
ABŞ həmçinin ukraynalı hərbçilərlə Ukraynanın hüdudlarından kənarda təlim keçirilməsini vəd edib. Bundan başqa Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlər hesabına 20 milyard dollar məbləğində kredit verilməsi barədə razılıq əldə edilib.
 
"Bu, Rusiyanın hərbi əməliyyatlara dəstək üzrə imkanlarını çətinləşdirmək və Ukraynanın danışıqlar masası arxasında mövqelərini gücləndirmək üçün edilir, bu da gələcək nizamlanmanın əsasını qoya bilər.
 
ABŞ-ın Ukraynaya yardımı
 
"Reuters" agentliyi yazıb ki, Trampın müşavirləri Moskva və Kiyevi "kökə və qamçı" metodu ilə sülh danışıqlarına məcbur etməyi planlaşdırır.
 
Burada Kiyevin danışıqlara razı olmayacağı təqdirdə Ukraynaya hərbi yardımın dayandırılması, həmçinin Rusiya prezidenti Vladimir Putinin danışıqlardan imtina edəcəyi təqdirdə Kiyevə yardımın artırılması nəzərdə tutulur.
 
Eyni zamanda Avropa İttifaqı bəyan edib ki, Birləşmiş Ştatların Ukraynaya Rusiya ilə mübarizəsində dəstək üçün 50 milyard dollar məbləğində yardım göstərilməsi barədə uzunmüddətli hərtərəfli sazişdən çıxmasını maliyyə cəhətdən kompensasiya etməyə hazırdır.
Seçilən
29
26
moderator.az

10Mənbələr