AZ

Dəra əyaləti də müxalifətin əlində - ORDU SÜRƏTLƏ İRƏLİLƏYİR!

Suriyanın İordaniya ilə sərhəddə yerləşən Dera əyalətinin mərkəzi Suriya Ordusu qüvvələri ilə toqquşan müxalif qrupların nəzarətinə keçib.

Turkustan.az xəbər verir ki, ölkənin cənubundakı Dera vilayətində Suriya Ordusuna qarşı hərəkətə keçən müxaliflər kənd yerlərində bir çox yaşayış məntəqəsi və hərbi məntəqələri ələ keçirərək irəliləyib.

Şiddətli toqquşmalardan sonra müxalif qruplar əyalət mərkəzinə nəzarəti Suriya Ordusundan geri alıblar.

Bildirək ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi zamanı Suriya Ordusunun xalqın azadlıq tələbləri ilə başlayan hərəkatları zorakılıqla yatırmağa çalışdığı Dera şəhəri Bəşər əleyhinə müqavimətin göstərildiyi yerlərdən biri olduğu üçün tarixi əhəmiyyətə malikdir.
Xalq hərəkatı Suriyanın cənubundakı Dera şəhərində bir qrup tələbənin 2011-ci il martın 15-də məktəbin divarına "Ey həkim (Bəşər Əsəd), indi növbə sənindir" yazması ilə başlayıb.

Seçilən
44
turkustan.az

1Mənbələr