AZ

“Bu gedişlə sülh nə bu il olacaq, nə də  gələn il!”

“Bu gedişlə Azərbaycanla Ermənistan arasında sülh sazişi nə bu il imzalanacaq, nə də gələn il”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Ermənistan və ona himayədarlıq edən güclərin təxribatları buna imkan vermir:

 

“Azərbaycanın sülh səyləri ortadadır və dövlətimiz bunun üçün əlindən nə gəlirsə edir. Ermənistanda isə bunun əksini müşahidə edirik. Biz aydın şəkildə görürük ki, Ermənistanın sülh niyyəti yoxdur. Əksinə, İrəvan və ona himayədarlıq edən bəzi güclər yeni təxribatlara meyl edir. Azərbaycan isə heç bir təxribata, hoqqabazlığa boyun əyən deyil.

 

Sülhün əldə edilməsi üçün öncə Ermənistan öz konstitusiyasında dəyişiklik etməli, Azərbaycana qarşı ərazi iddialarından imtian etməlidir. Həmçinin, təxribatlarına son qoymalı, sülh üçün süni əngəllər yaratmamamlıdır. Yalnız bu halda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün gərəkli zəmin formalaşa bilər”.

 

Seymur ƏLİYEV

Seçilən
73
50
moderator.az

10Mənbələr