AZ

Suriyada müxalif qruplar paytaxt Dəməşqə girdi, rejim əsgəri İraqa qaçır- Əsədin sonu çatdı...

Image

Suriyanın paytaxtı Dəməşqin cənub-qərbində Bəşər Əsəd rejimi qüvvələrinə qarşı irəliləyən qruplar paytaxtın cənub bölgələrinə daxil olmağa başlayıb.

Müxalifət İordaniya sərhədində yerləşən Dera əyalət mərkəzini də nəzarətə götürüblər. Şiddətli toqquşmalardan sonra müxalif qruplar əyalət mərkəzinə nəzarəti rejim qüvvələrinin əlindən alıb. Bundan əlavə, müxalif qruplar Suriyanın cənubundakı Süveyda əyalətinin mərkəzini də ələ keçirib və Dəməşqə girməyə başlayıblar.

Rejim qüvvələri ilə toqquşan silahlı qruplar paytaxtın cənubundakı Dərəyya məhəlləsinə daxil olublar.

Dəməşqin şəhər mərkəzindən paylaşılan görüntüdə rejim ünsürlərinin hərbi formalarını çıxararaq mülki geyimdə olduqları görülür. Görüntülərdə Dəməşqin mərkəzinə çəkilən bəzi rejim ordusu birliklərinin komandanlıq zəncirinin pozulması nəticəsində dağıldıqları da müşahidə edilir.

Bir neçə məhəllədən rejim ünsürlərinin çıxarıldığı, Əsədin plakatlarının yandırıldığı, heykəllərinin dağıdıldığı bildirilir.

Yerli rəsmilərin və təhlükəsizlik mənbələrinin məlumatnaa görə, çoxlu sayda Suriya əsgəri İraq qüvvələri ilə koordinasiyalı şəkildə Əl-Qaim sərhəd keçid məntəqəsindən İraqa daxil olublar.

TAHİR





Seçilən
63
baki-xeber.com

1Mənbələr