2025-ci ildə saç rənglərində köklü dəyişikliklər olacaq.
Paralel.az 2025-ci ildə dəbdə olacaq saç stillərini və saç rənglərini təqdim edir:
"Cappuccino brunette"
İlk baxışdan qaraşınlar üçün fərqli bir seçim kimi görünən “Cappuccino Brunette” saç rəngi əksi və rəng partlayışları ilə təbii parıltı təqdim edir. Hayli Steynfeld artıq 2025-ci ilin trendlərinə uyğunlaşıb.
"Teddy bear blonde"
Sarı saçlarla vidalaşa bilməyən qadınların sevimlisi olacaq “Teddy Bear Blonde” adından da göründüyü kimi yumşaq və isti tonları olan bu sarışındır. Günəşdə ağardılmış sarı saçları xatırladan bu rəng 2025-ci ilin ən sevimli parçalarından biri olacaq. “Teddy Bear Blonde” saç rəngi digər sarışınlarla müqayisədə neytral olduğu üçün hər dəri tonuna uyğunlaşa bilir.
“Ginger spice”
Qırmızı tonların ən isti forması olan “Ginger spice”saç rəngi 2025-ci ilin zirvəsi olmağa hazırlaşır. Dəri rəng açıq olan xanımlar “Ginger Spice”ı mütləq bir dəfə sınamalıdır. Bu saç rəngi hərarət və kontrast əlavə edərək təbii gözəlliyinizi üzə çıxara bilər.
Billurə