Bakı. Trend:
Parisdə idman tarixini əks etdirən 200-ə yaxın əşya hərracatəqdim olunacaq.
Trend xəbər verirki, idman kolleksiyaçıları və həvəskarlar üçün əlamətdar sayılan butədbir dekabrın 15-də keçiriləcək.
Hərracda diqqət mərkəzində olan əsas əşyadan biri 1998-ci ilfutbol üzrə dünya çempionatının Fransa - Braziliya finalındaRonaldo Nazarionun geyindiyi 9 nömrəli forma olacaq. Bu formanı40-80 min avroya satmaq planlaşdırılır.
Bundan başqa, əfsanəvi Dieqo Maradonanın təxminən 4 santimetruzunluğunda olan saçlarının da hərraca çıxarılacağı və 50 minavroya satılacağı ehtimal edilir.
Hərracda təqdim ediləcək digər tarixi əşyalar arasında RocerFedererin 2005-ci ildə Uimbldon finalında istifadə etdiyi raketkavə Evander Hollifildin 1996-cı ildə qazandığı dünya çempionu kəməridə var.