Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanda böyük terror aktı törətməyi planlaşdıran gizli təşkilatın 12 üzvünü saxlayıb.
hakimiyyet.az bu barədə TASS-a istinadən xəbər verir.
Şübhəlilərin yaşayış ünvanlarında aparılan axtarışlar zamanı atıcı silahlar, hər birinin tutumu 1 kq trotil olan 2 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, onların hazırlanması üçün komponentlər, ümumi çəkisi min kq olan 20 kisə ammonium nitrat və döyüş sursatı aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.