AZ

Əsəd ABŞ administrasiyası və Trampla əlaqə saxlamağa çalışıb...

Suriya prezidenti Bəşər Əsəd vasitəçilərlə Amerikanın hazırkı administrasiyası və ABŞ-ın yeni seçilmiş lideri Donald Trampla əlaqə saxlamağa çalışıb.


Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.


Əsəd Qərbin ölkədə hərbi əməliyyatları dayandırmaq üçün müdaxiləsi müqabilində İranın dəstəklədiyi silahlı qruplarla əlaqələri kəsmək təklifi ilə Səudiyyə Ərəbistanı vasitəsilə Vaşinqtonla əlaqə saxlamağa çalışıb.


Bundan əlavə, Əsəd Macarıstanın baş naziri Viktor Orbanı müxalif qüvvələri hakimiyyəti ələ keçirəcəyi təqdirdə Suriyadakı xristianların üzləşə biləcəyi təhlükə barədə xəbərdar etməyə çalışıb. Trampla yaxşı münasibət saxlayan Orbanın bu məlumatı Amerika liderinə çatdıracağı güman edilib.


Onun bu xahişinin Trampa çatdırılıb-çatdırılmadığı barədə məlumat yoxdur. Bununla belə, D.Tramp "Truth Social"da yazıb ki, ABŞ Suriyadakı vəziyyətə qarışmamalıdır, bu, ABŞ-ın müharibəsi deyil: "Suriyada qarışıqlıqdır, amma o bizim dostumuz deyil və ABŞ heç nə etməməlidir. Bu, bizim müharibəmiz deyil, biz bu vəziyyətin öz-özünə həllinə imkan verməliyik. Biz qarışmamalıyıq".


Tramp onu da vurğulayıb ki, yaraqlılar yaxşı koordinasiya edilmiş hücum nəticəsində bir neçə şəhəri ələ keçiriblər və Əsədi devirmək üçün böyük addım atmağa hazırlaşırlar.


Seçilən
58
senzor.az

1Mənbələr