Premyer Liqanın son turlarında uğursuz çıxış edən, ölkə kubokunda mübarizəni erkən dayandıran «Şamaxı»da çox maraqlı, eyni zamanda, müəmmalı hadisələr baş verməkdədir.
Saytımız bununla bağlı son dəqiqə məlumatı əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, «şirlər» İlkin Muradovun ardınca, Adil Nağıyevlə yolları ayırıb.
Yayda «Səbail»dən gələn müdafiəçi ilə birillik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Kapitan bu gün Tovuza yollanacaq qafilədə yer almayıb və düşərgəni birdəfəlik tərk edib.
SPORTİNFO.AZ