Suriyanın qərbində yerləşən Hüms şəhərində keçmiş prezident, hazırkı dövlət başçısı Bəşər Əsədin atası Hafiz Əsədin daha bir heykəli aşırılıb.
Publika.az xəbər verir ki, hadisə şahidləri sosial şəbəkələrdə abidənin sökülməsinin videosunu yayıblar.
Videoda izdihamın alqışladığı bir vaxtda bir neçə nəfərin ağ abidəyə bağlanmış kəndiri aşana qədər çəkdiyi görünür.