AZ

Putinin 2 əsas adamı “vuruldu” - hakimiyyət DAĞILIR?

Çeçenistan rəhbəri Ramzan Kadırov "Qroznı-inform" agentliyinə müsahibəsində bildirib ki , Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev "öz yerlərində" deyillər.

Milli.Az xəbər verir ki, Çeçenistan rəhbəri hazırda ev dustaqlığında olan 14 yaşlı Müslüm (Roma) Murdiyevin işi ilə bağlı belə danışıb. Yeniyetməyə qarşı "Xodınskoye Pole" parkında baş verən dava ilə bağlı dörd maddə üzrə cinayət işi açılıb.
Kadırov vurğulayıb ki, Çeçenistan hakimiyyəti və hüquq müdafiəçiləri Murdiyevin işi üzərində uzun müddətdir ki, işləyirlər.

Yuxarıda oturanlar, Bastrıkin və Kolokoltsev başda olmaqla istintaq orqanları öz yerlərində deyillər.

Bundan əlavə, respublika rəhbəri yeniyetmənin işi üzrə məhkəmənin dekabrın 18-də keçiriləcəyini açıqlayıb. Siyasətçi Murdiyevin tezliklə azad ediləcəyinə əmin olduğunu bildirib.

İyun ayında Aleksandr Bastrıkin Sankt-Peterburqda keçirilən Beynəlxalq Gənclər Hüquq Forumunda çıxışı zamanı Rusiyada niqab taxmağı müzakirə edib və son terror aktlarını xatırladıb.

"Bu gün nə baş verir? Dağıstanda sonuncu terror aktını kim törədib? İslamçı terrorçular. Rostov həbsxanasında bunu kim edib? İslamçı terrorçular (...) Ona görə də Dövlət Duması bu hadisələrə təcili reaksiya verməlidir. Əgər insanları bura gətiririksə (düşünürəm ki, etməməliyik), yeni qanunların qəbulu da daxil olmaqla, onların davranışlarını tənzimləməliyik", - Aleksandr Bastrıkin deyib.Daha sonra Çeçenistan lideri Bastrıkinə cinayətkarları islamçı adlandırarkən son dərəcə diqqətli olmağı tövsiyə edib.

"Mən dəfələrlə demişəm və bir daha vurğulayıram ki, müsəlmanlar terror aktı törətməyiblər və etmirlər. Eyni zamanda, mən həqiqətən ümid edirəm ki, Aleksandr Bastrıkin artıq İslamı terrorla müqayisə etməyəcək", - Kadırov vurğulayıb.

Kadırov qeyd edib ki, əgər yüksək vəzifəli məmurlar belə bəyanatlara yol versələr, bu, ölkədəki ictimai-siyasi vəziyyət üçün son dərəcə pis nəticələnəcək. Siyasətçi vurğulayıb ki, bu gün Rusiyada xalqlar heç vaxt olmadığı qədər birləşiblər. "Biz bu amili dəyərləndirməliyik, cəmiyyəti yaxşı və pis dinlərə ayırmamalıyıq", - deyə o, yekunlaşdırıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. /musavat.com

Milli.Az

Seçilən
4
3
milli.az

4Mənbələr